03/10/2017 16:07

Azərbaycan hərbi gəmiləri İrana getdi- VİDEO

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) G-122 və G-124 gözətçi gəmiləri İran İslam Respublikasına dostluq səfərinə gedib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində Azərbaycanın hərbi dənizçilərinin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.