30/06/2017 12:19

Azərbaycan hərbi güc reytinqində 59-cu, Ermənistan isə 95-ci yerdədir

“Global Firepower” Beynəlxalq Araşdırma Təşkilatı 2017-ci il üzrə hərbi imkanlara dair hesabatını açıqlayıb.

“AzeriDefence”nin “Global Firepower”in rəsmi saytna istinadən verdiyi xəbərə görə, təşkilat 132 ölkə arasında apardığı araşdırmasında mövcud döyüş gücünün təmin olunması üçün silah sayı, coğrafi amillər, logistika çevikliyi, təbii ehtiyatlar və yerli sənaye kimi cəhətləri nəzərə alıb.

Hesabata əsasən hərbi güc reytinqində 1-ci yeri ABŞ, 2-ci yeri Rusiya, 3-cü yeri Çin tutub. Hesabatda sonrakı yerlərdə Hindistan və Fransa qərarlaşıb.

2017-ci il “Global Firepower” hərbi güc reytinqində Azərbaycan 132 ölkə arasında 59-cu yerdə qərarlaşıb.

Azərbaycanın region ölkələrindən hərbi imkanlarına görə Türkiyə siyahıda 8-ci, İran 20-ci, Gürcüstan 80-ci yerdədir. Ermənistan isə bu reytinqdə 95-ci yeri tutub.

“Global Firepower”in araşdırmasına əsasən sonuncu yerləri Afrika ölkələri bölüşür.