04/07/2018 10:42

Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir

Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Ankası – 2018” beynəlxalq təlimi keçirilir.

Bu haqda “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 6-dək davam edəcək təlimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir.