18/06/2019 10:34

Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və hellikopterləri modernizə edilib

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) texnika parkının yenilənməsi istiqamətində işlər aparılır.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərlə görüşündə Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Zakir Həsənovun sözlərinə görə, Azərbaycan HHQ-nin silahlanmasında mövcud olan döyüş təyyarələri və helikopterlər modernizə edilib. Uzaq mənzilə və yüksək dəqiqliyə malik silahlarla silahlandırılıb.

“Helikopter parkımız tam yenilənib. Silahlanmamızda Mi-35M, müasirləşdirilmiş Mi-24, Mi-17 kimi müasir helikopterlərlər mövcuddur”, – deyə nazir vurğulayıb.

Ermənistanın Rusiya ilə Su-30SM təyyarələrinin alınmasına dair imzaladığı müqaviləyə münasibət bildirən Zakir Həsənov qeyd edib ki, ekspertlər bu təyyarələri müsbət qiymətləndirmirlər: “Bu təyyarələr bizim müharibə teatrımıza uyğun deyil”.