11/08/2019 15:43

Azərbaycan hərbi həkimləri “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsində iştirak ediblər

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlər “Yaralanan və xəsarət alan heyətin döyüş meydanından təxliyə edilməsi” mərhələsində bacarıqlarını sınayıblar.

Bu barədə “AzeriDefemce” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Səhra şəraitində baş tutan yarışda hərbi həkimlər yaralı və xəsarət alan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi, onun şərti düşmənin atəşi altından çıxarılaraq ixtisaslı yardımın göstəriləcəyi məntəqəyə çatdırılması və digər tapşırıqları normativlərə uyğun olaraq icra ediblər.

Qeyd edək ki, Azərbaycan hərbi həkimlərinin də iştirak etdiyi müsabiqəyə 11 ölkənin komandası qatılıb.