20/10/2017 10:22

Azərbaycan hərbi xərclərini 1.123 milyard manat artırdı

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.

“AzeriDefence” xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində müdafiə xərcləri üçün 2.738 milyard manatın ayrılması nəzərdə tutulub.

Məbləğin 1.366 milyard manatı müdafiə qüvvələri, 111.658 milyon manatı milli təhlükəsizlik, 2.663 milyon manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara, 1.258 milyard manatı isə digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək.

Xatırladaq ki, Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində müdafiə sisteminə 1.615 milyard manat ayrılıb. Ötən illə müqayisədə bu il müdafiə xərcləri 1.123 milyard manat artırılıb.

2016-cı il müdafiə xərclərinə 1.837 milyard, 2015-ci il müdafiə xərclərinə 1.778 milyard manat nəzərdə tutulub.