19/07/2019 15:05

Azərbaycan hərbiçiləri Beynəlxalq Ordu Oyunlarının 6 növündə iştirak edəcəklər

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında Azərbaycanı təmsil edəcəklər.

Bu barədə “AzeriDedence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan hərbçiləri Azərbaycanda “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.