31/03/2016 11:07

Azərbaycan HHQ komandanı Beynəlxala Hava Əməliyyatları Simpoziumunda iştirak edir

 

Türkiyə Silahlı Qüvvələrinin Hava Hərbi Akademiyasının təşkilatçılığı ilə İstanbulda ISAW-2016 Beynəlxala Hava Əməliyyatları Simpoziumu işə başlayıb.

“AzeriDefence”nin “Kokpit.aero” saytına istinadən verdiyi məlumata görə, gələcəyin hava müharibələri və kosmos mövzularının əhatə olunduğu simpoziumda 58 ölkədən 900 nəfər iştirak edir.

Tədbirə Türkiyə ilə yanaşı NATO-nun müvafiq bölmələrinin komandanları, ABŞ, İngiltərə, İtaliya, Almaniya, Pakistan və Azərbaycandan generallar qatılıblar.

Simpozium iki gün davam edəcək.

Simpoziuma Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov da qatılıb.