08/12/2018 21:43

Azərbaycan HHQ-nin komandanı Türkiyədə səfərdə olub

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

“AzeriDefence”nin məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün dəvəti ilə reallaşan səfər çərçivəsində iki ölkənin HHQ arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə HHQ-nin hərbi bazalarında olub.

Ramiz Tahirov həmçinin Türkiyənin ASELSAN, ROKETSAN, TUSAŞ kimi böyük müdafiə sənaye şirkətlərində olub. Türkiyə müdafiə sənayesi qurumlarının imkanlarını yerində incələyən Azərbaycan nümayəndə heyətinə mövcud layihələr, yeni silahlar və avadanlıqların, aviasiya vasitələrinin təqdimatı keçirilib.