19/06/2019 10:35

Azərbaycan HHQ-nin nümayəndələri “Anadolu Qartalı-2019” beynəlxalq təlim kursunda iştirak edirlər

Türkiyə Hərbi Hava Qüvvələrinin ev sahibliyi ilə Konyada “Anadolu Qartalı-2019” beynəlxalq təlim kursu keçirilir.

“AzeriDefence”nin Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) istinadən verdiyi məlumata görə, təlimə ABŞ, Azərbaycan, İtaliya, Qətər, NATO, Pakistan və İordaniya HHQ-nin nümayəndələri qatılıb.

Təlimin məqsədi bir ssenari çərçivəsində reallığa yaxın müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübəələrini paylaşmaqla birgə əməliyyat təhsil səviyyəsini yüksəltməkdir.

Təlimə Türkiyənin HHQ və Hərbi Dəniz Qüvvələrinin vasitələri və zzabitləri, digər ölkələrin hər birinddən 3 aktiv müşahidəçi qatılıb.