13/10/2017 22:12

Azərbaycan İHTAR və “İhasavar”ın ilk xarici sifarişçisi olub

IHASAVAR

Azərbaycan Türkiyənin ASELSAN şirkətinin “İhasavar” və İHTAR antidron sistemlərinin ilk xarici sifarişçisi olub.

Bu barədə “AzeriDefence”yə açıqlamasında ASELSAN şirkətinin baş direktoru Faiq Eken bildirib.

“Biz bu sistemi ictimaiyyətə təqdim edəndən az sonra Azərbaycan tərəfi maraqlandı. Azərbaycanda sistemin testləri uğurlu keçdi və sifariş aldıq. Ümid edirəm ki, sistemlərimiz istifadəçilərin bütün ehtiyaclarını qarşılayacaq”, – deyə Faiq Eken bildirib.

Şirkət rəhbəri qeyd edib ki, Azərbaycan “İhasavar”ın və İHTAR-ın ilk xarici istifadəçisidir: “Doğrudur bizim bu sistemlər müxtəlif xarici ölkələrin tələbləri əsasında testlərdən keçirilir. Lakin Azərbaycan ilk istifadəçimiz oldu. Azərbaycandan hər zaman olduğu kimi ASELSAN-a böyük diqqət var. Biz ASELSAN olaraq tək Türkiyənin deyil, həm də Azərbaycanın milli müdafiə şirkətiyik. Azərbaycan Ordusunun ehtiyac duyduğu istənilən texnologiyanı verməyə hazırıq”.

 

IHTAR