24/04/2019 15:49

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VIII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin beynəlxalq əlaqələr üzrə müavini briqada generalı Mohamməd Əhadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.