15/05/2019 21:17

Azərbaycan ilə NATO arasında PAP sənədi müzakirə olunub

Brüsseldə Azərbaycan ilə NATO arasında “Planlaşdırma və Analiz Prosesi” sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən Tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.