29/12/2017 17:36

Azərbaycan ilə Rumıniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Dekabrın 29-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın milli müdafiə naziri Mihai-Viorel Fifor ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşçi nahar zamanı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Rumıniya arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.