16/04/2017 12:14

Azərbaycan-İran hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə edilib – FOTO

İranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 16-da Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.

Sonra rəsmi qarşılanma mərasimi keçirilib.

İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.