09/01/2017 12:38

Azərbaycan İslam Hərbi Koalisiyasına daxil olur

Azərbaycan hökuməti İslam Hərbi Koalisiyasına daxil olmaq haqda qərar qəbul edib.

Bu barədə “AzeriDefence” xarici xəbər saytlarına istinadən məlumat verib.

Azərbaycanla yanaşı Tacikistan və İndoneziya da koalisiyaya daxil olunmaları ilə bağlı qərar veriblər.

Xatırladaq ki, İslam Hərbi Koalisiyası 2005-ci ildə Malayziyanın baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Ancaq koalisiya 2015-ci ilin dekabrında Səudiyyə Ərəbistanının təklifi ilə reallaşıb.

Son daxilolmadan sonra Koalisiyanın üzvlərinin sayı 42-yə çatıb.