21/06/2016 10:59

Azərbaycan İsraildən “Sand Cat” maşınları alıb

Azərbaycan İsrail “Plasan” şirkətindən 4×4 təkər formuluna malik yüngül zirehli “Sand Cat” maşınları alıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Parisdə keçirilən “Eurosatory-2016” sərgisində təmsil olunan “Plasan” şirkətindən məlumat verilib.

Bununla da Azərbaycan “Sand Cat” maşınlarının ən yeni istifadəçisi olub. Azərbaycana satılan “Sand Cat”lar standart maşınlardan mina partlayışlarına qarşı qoruması ilə seçilir.

Azərbaycanda keçirilən testlərdə maşınlar yüksək performans nümayiş etdirib.

Maşınlar İsrailin “Rafael” şirkətinin istehsalı olan distans idarəetməli döyüş modulları ilə silahlandırılıb.

Qeyd edək ki, hazırda “Sand Cat” maşınları postsovet ölkələrindən Qazaxıstan və Türkmənistanın istifadəsində yer alır.