30/04/2019 17:52

Azərbaycan Müdafiə Naziri IDEF-2019 sərgisində iştirak edib

Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEF-2019 beynəlxalq müdafiə sərgisinə qatılıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşlarının verdikləri məlumata görə, Zakir Həsənov sərginin açılış mərasimində iştirak edib.

Daha sonra, Müdafiə naziri sərgidə nümayiş olunan məhsullarla maraqlanıb, istehsalçı müəssisələrin rəhbərləri ilə görüşlər keçirib.