30/12/2016 15:25

Azərbaycan Müdafiə Nazirliyi: “Erməni tərəfi dezinformasiya yaymaqda davam edir”

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində vəziyyəti gərginləşdirmək məqsədilə erməni tərəfi dezinformasiya yaymaqda davam edir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirliyin mətbuat xidməti qeyd edib ki, erməni tərəfi dekabrın 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.

Açıqlamada vurğulanıb ki, əgər erməni tərəfinin “təkzibolunmaz sübutları” varsa, təqdim etsin.

Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir.