26/01/2017 12:07

Azərbaycan Müdafiə Nazirliyi: Yanvar ayında ermənilərin itkilərinin sayı 10 nəfəri keçib

Ermənistan Silahlı Qüvvələri hərbi tibb idarəsinin rəisi Kamavor Xaçatryanın ordularındakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir.

Bu barədə “AzeriDefence”yə K. Xaçatryanın yanvarın 24-də verdiyi açıqlamanı şərh edərkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyi  bəyan edib ki, yalnız 2016-cı ilin aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq erməni hərbçisi məhv edilib və qarşı tərəfdə 500-dən artıq hərbi qulluqçu yaralandı. Hətta bəzi erməni müstəqil hərbi ekspertləri də Azərbaycan tərəfinin səsləndirdiyi bu rəqəmlərin daha çox həqiqətə uyğun olduğunu çıxışlarında dolayısı ilə təsdiqləyiblər.

“Hazırda aprel döyüşləri zamanı ağır yaralanan 150 nəfərədək erməni hərbi qulluqçusunun Ermənistanın müxtəlif hərbi tibb müəssisələrində və bir sıra xarici ölkələrdə müalicəsi davam edir. Onu da əlavə edək ki, cari ilin hələ sona çatmayan yanvar ayı ərzində Ermənistan silahlı qüvvələrinin itkilərinin sayı artıq 10 nəfəri keçib”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

diga leshleri