14/05/2019 15:55

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti MILEX-2019 sərgisində iştirak edəcək

Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarusda səfərdədir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq MILEX-2019 IX beynəlxalq silah və hərbi texnika sərgisində iştirak edəcək. Nümayəndə heyəti həmçinin sərgi çərçivəsində keçiriləcək hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə MILEX innovations-2019 VIII beynəlxalq elmi konfransda iştirak edəcək.

Sərgi mayın 18-dək davam edəcək.