19/07/2018 16:04

Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edəcək

Avqust ayının 1-15 tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.

“AzeriDefence”nin Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hərbi təlimlərdə 13 ölkə – Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna, Azərbaycan və Ermənistan iştirak edəcək.

Bildirilib ki, builki təlimlər əvvəlkilərə nisbətən daha geniş miqyaslı olacaq. Vaziani hərbi aerodromunda və poliqonunda, Norio təlim bazasında keçiriləcək “Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimlərində 3000-dən çox NATO hərbi qulluqçusu iştirak edəcək. Təlimə cəlb edilən ABŞ hərbi aviasiyası və Almaniya zirehli texnikasının sayı da artırılıb.

Məlumatda o da qeyd olunub ki, “Etibarlı tərəfdaş” hərbi təlimləri Gürcüstanda 4-cü dəfədir ki, keçiriləcək. Təlimlərin keçirilməsində məqsəd Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlığının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir. Bu ilin əsas hədəfi sabitlik, müdafiə və hücum əməliyyatlarında hərbçilərin bacarıqlarının artırılmasıdır.