20/08/2018 14:02

Azərbaycan nümayəndə heyəti Rusiyada “Ordu-2018” hərbi-texniki forumunda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti avqustun 21-dən 26-dək Rusiyada keçiriləcək “Ordu-2018” beynəlxalq hərbi-texniki forumunda iştirak edəcək.

“AzeriDefence”nin məlumatına görə, Moskva vilayətinin Kubinka rayonunda keçiriləcək forumda Azərbaycan nümayəndə heyətləri ziyarətçi qismində çıxış edəcəklər.

Hərbi sərgidə Azərbaycanı Müdafiə və Müdafiə Sənayesi nazirliklərinin əməkdaşlarından ibarət heyətlər təmsil edəcəklər.

Sərgi çərçivəsində Rusiya və digər ölkələrdən olan şirkətlərlə görüşlərin keçirilməsi və əməkdaşlığın qurulmasına dair müzakirələrin aparılması gözlənilir.