11/10/2018 11:59

Azərbaycan Ordusunda bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır

Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazi və şərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıblar.

Şəxsi heyətlə görüşlərdə müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib.