20/06/2019 15:23

Azərbaycan Ordusunda döyüş postlarının növbətçi heyətləri arasında müsabiqə keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən düşmənlə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirən döyüş postlarının növbətçi heyətləri arasında “Ən intizamlı və döyüş yoldaşlığı möhkəm olan post” adı uğrunda müsabiqə keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bir neçə mərhələdən ibarət olan müsabiqə əvvəlcə birləşmə sonra isə birlik səviyyəsində keçirilib.

Yarışın yekun nəticələrinə əsasən ən yaxşı növbətçi heyət müəyyən edilərək mükafatlandırılıb.