26/10/2019 17:18

Azərbaycan Ordusunda mühəndis qoşunlarının hazırlığı yoxlanılır

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı mühəndis şəhərciyi” adlı müsabiqəyə start verilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqədə mühəndis qoşunlarının, xüsusilə cəbhə bölgəsində yerləşən hissə və bölmələrin hazırlığı yoxlanılır.

Əsas məqsəd mühəndis hazırlığının yüksək səviyyədə təşkili və yerinə yetirilməsini təmin etmək, şəxsi heyətin mühəndis təminatı tapşırıqlarını mürəkkəb və çətin döyüş şəraitində, ərazinin relyefinə uyğun yerinə yetirilməsi vərdişlərini təkmilləşdirməkdən ibarətdir.

Qaliblər müsabiqənin yekun nəticələrinə əsasən müəyyən ediləcək.