26/04/2018 18:10

Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı hərbi paradda bu yeniliklər olacaq – EKSKLÜZİV

İyun ayının 26-da, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakı şəhərində keçiriləcək hərbi paradda maraqlı bir yenilik planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə eksklüziv açıqlamasında Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

C.Xəlilovun sözlərinə görə, Azərbaaycanın müstəqllik tarixində keçirilən hərbi paradlardan ilk dəfə olaraq bu ilkində İkinci Dünya Müharibəsi veteranları da keçid edəcəklər.

“Planlaşdırmışıq ki, həmin dövrün müharibə veteranları hərbi geyimdə, maşında 416-cı Taqanroq diviziyasının bayrağı ilə tribuna önündən keçsinlər”, – deyə C. Xəlilov bildirib.

Qeyd edək ki, Azərbaycanın müstəqliiyi dövründə 1991-ci ildən indiyədək Bakı şəhərində 4 (1992, 2008, 2011 və 2013-cü illərdə), Naxçıvan şəhərində isə 1 hərbi parad keçirilib.