04/06/2019 10:36

Azərbaycan Ordusunun ən yaxşı reaktiv artilleriya divizionu müəyyənləşib – VİDEO

Azərbaycan Ordusunun “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Plana uyğun olaraq keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun reaktiv artilleriya divizionunun şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək Azərbaycan Ordusu üzrə birinci yerə layiq görülüb.