18/05/2018 13:10

Azərbaycan Ordusunun “Ən yaxşı topoqraf”ları seçilib

2018-ci il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri ilə “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə görə fərqlənən hərbi qulluqçulara Müdafiə naziri adından mükafatlar təqdim olunub.