02/07/2018 10:36

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb – FOTO – VİDEO

Bu gündən etibarən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

“AzeriDefence”nin məlumatına görə, 20 min nəfər şəxsi heyətin iştirak etdiyi təlimdə, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatları yerinə yetirilməklə, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqlar, radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra edilir.

Qeyd edək ki, təlimlərə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş “Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sistemləri və LORA operativ-taktiki raket kompleksləri cəlb olunub. Təlimlər iyul ayının 6-dək davam edəcək.