13/03/2018 14:30

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir – VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin davam edən təlimlərində qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyətləri təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.

Qeyd edək ki, təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.