28/02/2017 12:00

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Erməni təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin yaralanan hərbi qulluqçusu şəhid olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!