08/07/2019 11:44

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Ordusunun nümayəndələri Gürcüstan və Rumıniyada keçirilən beynəlxalq tədbirlərdə iştirak edir.

Müdafiə Nairliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan Ordusunun nümayəndələri Tbilisi şəhərində “Münaqişələrin idarə olunması kursu” və Buxarest şəhərində “Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının Vahid Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində fövqəladə hallar zamanı yardım kursu”nda iştirak edirlər.