21/11/2019 18:37

Azərbaycan Ordusunun nümayəndələri Ukraynanın hərbi müəssisələrində görüşlər keçiriblər

Azərbaycan nümayəndə heyəti ilə Ukraynanın Müdafiə Müəssisələri Liqasının rəhbərliyi arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence” Ukraynanın Müdafiə Müəssisələri Liqasına istinadən məlumat verib.

Görüşdə Azərbaycan Müdafiə Nazirliyinin müvafiq strukturları ilə Liqaya üzv olan Ukraynanın özəl sektor müdafiə sənayesi şirkətləri arasında hərbi-texniki əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Görüşdə Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndəsi, polkovnik Nazim Osmanovun başçılıq etdiyi nümayəndə heyəti, Ukrayna Müdafiə Müəssisələri Liqasın İdarə Heyətinin üzvləri, Liqanın Azərbaycandakı nümayəndəsi Yuri Osadçenko, habelə “Ukroboronprom” Dövlət Konserninə daxil olan müəssisələrin əməkdaşları iştirak ediblər.

“Ukrayna şirkətlərinin gələcək əməkdaşlıq üçün sahələr üzrə konkret təklif alacaqları gözlənilir”, – deyə məlumatda bildirilib.