20/03/2016 19:21

Azərbaycan Ordusunun mobil səhra hospitalları – FOTO-VİDEO

Bir həftə əvvəl müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə bir neçə il əvvəl qəbul edilmiş mobil səhra hospitalının fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, Müdafiə Nazirliyi artıq yeni hospitalların cəbhə xəttinə yaxın ərazidə istifadəyə verildiyini açıqlayıb.

“AzeriDefence”nin məlumatına görə, mobil səhhra hospitlları Türkiyənin “Turmaks” şirkətinin istehsalıdır. Bu hospitallar dünyadakı analoqlarından bir sıra özəllikləri ilə fərqlənir. Dizaynı, eləcə də tətbiq edilən yeni texnologiyalar sayəsində səhra hospital qısa müddətdə bir ərazidən digər əraziyə daşına və istifadəyə hazır vəziyyətə gətirilə bilir.

Hospitallar açılıb-yığılan konteynerlər əsasında hazırlanıb. Konteyner, çadır, içindəki medikal avadanlıqlar, eləcə də generator, kondisionerin bir sistem inteqrasiyası halına gətirilməsi sayəsində meydana gələn səhra hospital stasionar tibb müəssisəsindən geri qalmır. Bu konteynerlər həm kompleks halında istifadə oluna, həm də helikopterlə dağlıq və çöllük ərazilərə götürülüb ayrılıqda istifadə edilə bilər.

İstehsalçı şirkətdən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycanın aldığı mobil hospitalların konteynerləri özünü nəqliyyat vasitəsindən endirmə xüsusiyyətinə malikdir. Konteynerlərin kənarlarındakı hidravlik ayaqlar müəyyənləşdirilmiş ərazidə açılır. Konteyner özünü qaldırdıqdan sonra nəqliyyat vasitəsi kənara çəkilir və konteyner özünü endirir. Yəni konteynerin endirilməsində krana gərək qalmır. Bu konteynerlər genişliyi ilə də fərqlənir. Dünyada ilk dəfə olaraq bir ədəd açılıb yığılan konteyner içərisində iki (bir hospitalda 4 ədəd) əməliyyat masası yerləşdirilib. Bu hospitalların hər birinin ayrıca qoşqu üzərində isitmə-soyutma sistemi, su təmizləmə, ayaqyolu, duş kabinəsi və s. mövcuddur. Qoşqular konteynerlərlə birlikdə daşınır. Konteynerlərdə hava təmizləyici və sinxron şəkildə çalışan iki elektrik generatoru var.

Hospitalın çadırları NATO standartlarına uyğun şəkildə ən son texnologiyalarla istehsal edilib və hündürlüyü 2.4 metrdir. Hər bir çadırın özünün kompressoru var və 7 dəqiqə ərzində şişərək hazır vəziyyətə gəlir. Xüsusi sistem sayəsində çadırların havasına avtomatik nəzarət olunur. Konteynerlərin özünü endirməsi isə 5-7 dəqiqə, açılması 70 saniyə çəkir. Hər bir konteyner 28-29 kvadratmetr sahə yer tutur. Ümumilikdə hospital 1 saat içində ilk xəstələri qəbul edə, iki saat içində isə ilk əməliyyata başlaya bilər.

Hər bir hospitalda 36 yataq, 8 ədəd reanimasiya yatağı, 12 ədəd müayinə masası və 4 əməliyyat masası mövcuddur. Hospitalın içində çeşidləmə bölməsi, komanda-idarəetmə və rabitə bölməsi, diaqnostika bölməsi, əməliyyat bölməsi, reanimasiya və hospital bölmələri mövcuddur.

acilish25

acilish26

acilish30

acilish29

acilish31

acilish28

acilish27

acilish32

A01

B02