28/02/2017 21:26

Azərbaycan Pakistandan hərbi sənaye məhsulları ixrac edəcək – RAZILAŞMA ƏLDƏ OLUNUB

Azərbaycanla Pakistan arasında Pakistandan hərbi sənaye məhsullarını idxalına dair razılaşma əldə olunub.

Bu barədə “AzeriDefence” Azərbaycan Prezidentinin saytına istinadən məlumat verib.

Razılaşma prezident İlham Əliyevin İslamabadda Pakistanın baş naziri Nəvaz Şəriflə görüşündə əldə olunub.

Xəbərdə bildirilir ki, görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Bundan əlavə, ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edilib.