31/05/2016 14:30

Azərbaycan pilotları “Anadolu Qartalı – 2016” beynəlxalq təlimində iştirak edirlər

Azərbaycan pilotları “Anadolu Qartalı – 2016” beynəlxalq təlimində iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzəriDefence”nyə bildirilib ki, Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2016” beynəlxalq təlimi keçirilir.

Mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir.

Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.

Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcəkdir.

Təlim iyunun 10-dək davam edəcək.