24/04/2019 13:19

Azərbaycan Prezidenti Çinin “CETC İnternational” şirkətinin baş direktoru ilə görüşüb

Çində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, Vu Mançin “CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirib. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını, əlaqələrin inkişaf etdiyini bildirib.

Ölkələr arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlət başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirib və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd edib.