17/02/2017 18:48

Azərbaycan prezidenti İsrailin müdafiə naziri ilə görüşüb

Azərbaycan prezident İlham Əliyev Almaniyaniyaya rəsmi səfəri çərçivəsində, Münxendə İsrail müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Bu barədə “AzeriDefence” Azərbaycan prezidentinin saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.

Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlanıb və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi səfərindən danışılıb.

Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.