26/06/2018 15:51

Azərbaycan prezidenti Türkiyənin Baş Qərargah rəisini və müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev iyunun 26-da Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Görüşdə H. Akarla yanaşı Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli də iştirak edib.

Dövlət başçısı Türkiyədə keçirilən seçkilər nəticəsində Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə bağlı təbriklərini çatdıraraq qeyd edib ki, bu, Türkiyə Prezidentinin rəhbərliyi ilə son illər görülmüş işlərə xalqın verdiyi qiymətin yüksək təzahürüdür. Dövlət başçısı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın, müdafiə naziri Nurettin Caniklinin və qardaş Türkiyə hərbçilərinin Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirakından məmnunluğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Akar və N. Canikli Azərbaycanda keçirilən prezident seçkilərində dövlət başçısını qazandığı qələbə münasibətilə təbrik ediblər və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirak etmələrindən şərəf hissi duyduqlarını bildiriblər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.