20/08/2019 10:47

Azərbaycan Rusiyanın “Çaborz” baqqiləri ilə maraqlanır

Azərbaycan Rusiyanın “Çeçenavto” zavodu tərəfindən dizayn edilən “Çabroz” xüsusi təyinatlı taktik nəqliyyat vasitələri (baqqi) ilə maraqlanır.

Bu barədə “AzeriDefence”nin “Army-2019” Forumundan iştirak edən əməkdaşına istehsalçı şirkətin nümayəndələri məlumat veriblər

İstehsalçıların sözlərinə görə, Azərbaycanın ordu rəsmiləri “Çaborz”un M-3 və M-6 versiyaları ilə tanış olublar. Suriyada gedən hərbi əməliyyatlarda, döyüş sahəsində sınaqdan çıxarılmış maşın xüsusi təyinatlı bölmələr üçün nəzərdə tutulur.

“Düşünürük ki, yaxın vaxtlarda “Çaborz”un istifadəçiləri sırasında Azərbaycan da olacaq”, – deyə şirkət rəsmiləri bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, nəqliyyat vasitəsi hazırlanarkən Əfqanıstan, Gürcüstan və Suriyada hərbi əməliyyatlar zaanı qazanılan təcrübə nəzərə alınıb. “Çaborz M-6” heyətin və yüklərin daşınması, habelə sanitar, zərbə və ya kəşfiyyat-müşahidə məqsədi ilə istifadə oluna bilər. Universal dizayna malik “Çaborz M-6” baqqisi 150 at gücündən 300 at gücünədək dizel, yaxud da benzin mühərriklərlə, həmçinin səssiz hərkət üçün hibrid dizel-elektrik güc qurğusuyla təchiz edilə bilir. Baqqinin gediş ehtiyatı 800 kilometrə yaxındır. “Çabroz M-6”un Mi-17 və ya Mi-26 helikopterinin xarici asmasında və daxilində nəqli mümkündür.