11/04/2018 22:59

Azərbaycan səfiri Pakistan HDQ komandanı ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə aprelin 10-da Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.

Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə (İSPR) istinadən məlumat verib.

Görüşdə Azərbaycan və Pakistan arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, təlimlərdə iştirak, səfərlərin həyata keçirilməsi və s. müzakirə olunub.