02/06/2018 12:17

Azərbaycan səfiri Pakistan HHQ komandanı ilə görüşüb

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin yeni təyin olunmuş Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mujahid Ənvər Xan ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.

Səfir Əli Əlizadə Mujahid Ənvər Xanı yeni təyinatı münasibətilə təbrik edib, iki ölkə arasında mövcüd olan səmimi münasibətlərin və səmərəli əlaqələrin hər iki ölkə rəhbərlərinin diqqət və qayğısı sayəsində gün bə gün inkişaf etdiyini, Azərbaycanın Pakistanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini, bü əlaqələrdə hərbi-texniki əməkdaşlığın xüsusi önəm kəsb etdiyini və Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana göstərdiyi dəstəyin  daim yüksək qiymətləndirildiyini bildirib.

Aviasiya marşalı Mujahid Ənvər Xan Pakistanla Azərbaycanın daim bir birini dəstəkləyən ölkələr olduğunu qeyd edərək, ölkələr arasında möhkəm bağların, qarşılıqlı inam və hörmətin olduğunu, hər iki ölkənin ortaq mənəvi dəyərlərə və öxşarlıqlara sahib olduğunu vurğulayıb.

Komandan Pakistan Hərbi Hava Qüvvələrinin Azərbaycan Hərbi Hava Qüvvələri ilə bütün sahələrdə səmərəli əməkdaşlığının, o cümlədən təcrübə mübadiləsi, sərgilərdə, təlimlərdə iştirakın davam etdiriləcəyini,  qarşılıqlı səfərlərin və hər iki tərəfin bir birinə göstərdiyi dəstəyin daha da artırılacağını diqqətə çatdırıb.