11/06/2018 16:53

Azərbaycan səfiri Pakistan Quru Qoşunları komandanı ilə görüşüb

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Javed Bajva ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib.

Görüş zamanı regional sülh və sabitlik, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Mövcud olan ikitərəfli əlaqələrin və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.