06/11/2018 14:40

Azərbaycan səfiri Pakistanın müdafiə sənayesi naziri ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının müdafiə istehsalatı üzrə federal naziri xanım Zubeydə Cəlal ilə görüşüb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Azərbaycanın Pakistandakı səfirliyi öz sosial media hesabında məlumat yayıb.

Görüşdə Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.