07/05/2019 16:35

Azərbaycan silahları Rusiyada nümayiş etdiriləcək

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) Rusiyanın paytaxtı Moskva şəhərində “Ordu-2019” Beynəlxalq Hərbi-Texniki Forumunda iştirak edəcək.

Nazirlikdən “AzeriDefence”yə verilən məlumata görə, sərgi iyun ayının 25-30 tarixində Moskvadakı “Patriot” sərgi kompleksində keçiriləcək.

Sərgidə Azərbaycanın zavodlarında istesal edilmiş silahlar, sursatlar, döyüş texnikalarının nümunələri nümayiş etdiriləcək.

“Ordu -2019” sərgisində Ermənistanın da iştirakı gözlənilir.

Qeyd edək ki, MSN zavodları bundan əvvəl Rusyada dəniz sərgisində iştirak ediblər.