24/11/2017 11:36

Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib

Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən Bakı şəhərində “NATO günləri” təşkil olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi, polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edib.

Tədbir çərçivəsində Silahlı Qüvvələrin zabit və kursantları üçün “NATO bu gün – strukturu və vəzifələri”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun arzu etdiyi Strateji Təsir”, “NATO-nun mövcud Dəniz Qüvvələri”, “NATO Varşava Sammitindən sonra, NATO-nun Tərəfdaşlıq Siyasəti və Cənubi Qafqaz”, “Qlobal kiber-inkişaf və NATO-nun cavabı” və digər mövzularda mühazirələr təqdim olunub.