21/04/2017 17:50

Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri – VİDEO

Aprelin 16-21 tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri keçirilib.

“AzeriDefence”nin məlumatına görə, plana müvafiq olaraq təlimlərdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, xüsusi növ qoşunlar, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.

Azərbaycan Müdafiə Nazirliyi təlimlərin video görüntüsünü yayıb: