18/11/2019 11:51

Azərbaycan şirkəti “Dubai Airshow-2019”da iştirak edir – EKSKLÜZİV

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow-2019” beynəlxalq aviasiya sərgisi işə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, dünyanın müxtəlif ölkələrindən mülki və hərbi aviasiya sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin qatıldığı sərgidə Azərbaycanı “Azairtechservice” şirkəti təmsil edir. Şirkət 455 nömrəli stenddə öz imkanlarını nümayiş etdirir.

“Azairtechservice” şirkəti tərəfindən həyata keçirilən aviasiya modernləşdirilməsi layihələri (təyyarə və helikopterlərin) məlumat verilməklə yanaşı, şirkətin Belarusdan olan tərəfdaşı “Defense Initiatives” şirkətinin istehsalı olan təyyarə və helikopterlər üçün nəzərdə tutulan “Talisman” və “Amulet” kimi konteyner tipli radioelektron mübarizə sistemləri nümayiş etdirilir.

Aviaşouya Azərbaycandan ziyarətçi qismində nümayəndə heyətləri qatılıb.

Qeyd edək ki, “Azairtechservice” şirkəti Dubay aviaşousunda 1999-cu ildən iştirak edir. Adıçəkilən şirkətlə birlikdə sərgidə Müdafiə Nazirliyinə daxil olan aviasiya təmir zavodları da sərgidə öz potensiallarını tanıdırlar.