30/04/2019 09:19

Azərbaycan şirkəti İDEF-2019 sərgisində yeni hədəf sistemlərini nümayiş etdirir -ÖZƏL

Azərbaycanın “A2Z Advisors” şirkəti Türkiyədən olan tərəfdaşları “Target Atış Eğiitim Sistemləri A.Ş” və “Desi Savunma” şirkətləri ilə birlikdə İDEF-2019 sərgisinə qatılıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, sərgidə şirkətlərin Azərbaycanda birlikdə istehsala başladığı hədəf cihazlarının nümunələri sərgilənir.

Şirkət nümayəndələrinin sözlərinə görə, Azərbaycanda Türkiyənin adıçəkilən şirkətləri ilə birlikdə, “DESİ Savunma” şirkəti tərəfindən yaradılmış müxtəlif hədəf cihazları istehsal olunması planlaşdırılır: “Bunların arasında tək yatar-qalxar hədəflər deyil, yatar-qalxar-dönər, habelə LOMAH hədəflər də var. Bundan başqa, şirkətlər birlikdə hədəf sistemlərinin proqram təminatının işlənib hazırlanması, yenilənməsi kimi işlər həyata keçirirlər”.